BİZNES

14 Yanvar

Türkiyənin xalça ixracı 4,2% artıb

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Qazaxıstana xalça ixracı 2023-cü illə müqayisədə 8,5 faiz azalaraq 43,66 milyon dollar olub.

Dekabr ayında isə Türkiyə Qazaxıstana 3,81 min dollar dəyərində xalça ixrac edib ki, bu da ötən ilin eyni ayına nisbətən 17,1 faiz çoxdur.

Ümumilikdə, 2024-cü ildə Türkiyənin xalça ixracı 4,2 faiz artaraq 2,87 milyard dollara çatıb. Dekabr ayında isə 247,41 milyon dollar dəyərində ixrac həyata keçirilib ki, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 3,2 faiz azdır.