Finss.az - 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan çox vergi daxil olub, bu da proqnozdan 538 milyon manat çoxdur.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata çatıb, büdcəyə əlavə 337,3 milyon manat daxil olub. 2023-cü illə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.
Vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorundan, 30,2 faizi isə neft-qaz sektorundan daxil olub.