BİZNES

14 Yanvar

ADSEA 15 ekskavator alacaq

Finss.az - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti 15 ədəd yeni təkərli ekskavator almağı planlaşdırır. Alınacaq nəqliyyat vasitələrinin 2024-cü il istehsallı və istifadə edilməmiş olması əsas şərt olaraq müəyyən edilib.

Təklif olunan avadanlığın rəsmi dileri olmaq və Azərbaycanda ən azı bir xidmət mərkəzinə sahib olmaq tələb olunur. Həmçinin, ekskavator yükləyicisinin ISO 3471 (ROPS) və ISO 3449 (FOPS) sertifikatlarına malik olması vacibdir.

Bu avadanlıqların təchizatçısı “Tegeta Motors Baku” MMC olacaq və şirkətə bu müqavilə üzrə 2,6 milyon manat ödəniləcək.