BİZNES

15 Yanvar

Azərbaycanda alkoqolsuz içki istehsalı 9,7% artıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 45,4 milyon dekalitr (dkl) alkoqolsuz içki istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon dkl və ya 9,7% artım deməkdir. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 41,4 milyon dekalitr alkoqolsuz içki istehsal olunmuşdu.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin dekabrın 1-nə qədər hazır məhsul ehtiyatı 510,2 min dkl təşkil edib. İllik müqayisədə hazır məhsul ehtiyatı 64,5 min dkl və ya 14,5% artıb. 2023-cü ilin eyni dövründə bu ehtiyat 445,7 min dkl olmuşdu.