Finss.az - 2025-ci ilin dövlət büdcəsində Bakı şəhəri üzrə gəlirlər 14 milyard 103 milyon manat nəzərdə tutulub.
Ölkənin ikinci böyük şəhəri olan Gəncə üzrə bu rəqəm 108 milyon 103 min manatdır.
Xankəndi üzrə 500 min manat, Ağdərə üzrə 300 min manat, Cəbrayıl üzrə 2 milyon 881 min manat, Füzuli üzrə 15 milyon 246 min manat, Xocavənd üzrə 1 milyon 285 min manat, Kəlbəcər üzrə 3 milyon 766 min manat, Qubadlı üzrə 7 milyon 105 min manat, Laçın üzrə isə 6 milyon 700 min manat nəzərdə tutulub.
Şuşadan büdcəyə gözlənilən gəlir 4 milyon 121 min manat, Zəngilandan isə 3 milyon 56 min manatdır.
Qeyd edək ki, respublikanın şəhər və rayonlar üzrə gəlirləri 15 milyard 500 milyon manat proqnozlaşdırılıb.