BİZNES

13 Yanvar

Azərbaycanda meyvə və tərəvəz idxalında artım müşahidə edilib

Finss.az - Dövlət Gömrük Komitəsinin hesabatına görə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvə və tərəvəz ixrac olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2%, həcmi isə 4,9% azalma göstərib. Meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,58%, qeyri-neft məhsullarının ixracında isə 20,32%-ə çatıb.

Bununla yanaşı, 2023-cü ilin ilk 11 ayında Azərbaycaya ümumi dəyəri 246,5 milyon ABŞ dolları olan 325,8 min ton meyvə və tərəvəz idxal edilib ki, bu da 2022-ci illə müqayisədə dəyər baxımından 22,7%, həcmi isə 4,2% artım göstərib.

Ölkənin meyvə və tərəvəz ixracı idxalını dəyər baxımından 2,5 dəfə, həcm baxımından isə 1,9 dəfədən çox üstələyib.