BİZNES

13 Yanvar

Rusiyada istixana pomidorunun istehsalı artıb

Finss.az - Son illərdə Moskva ətrafında yüksək texnologiyalı istixanalarda pomidor istehsalı genişlənir.

Bu istixanalar su, gübrə və enerji kimi resurslardan səmərəli istifadə edərək məhsuldarlığı artırır. Ötən il bölgədə qorunan torpaqlarda 42,8 min ton pomidor yığılıb. Ən iri istehsalçılar arasında "Podmoskovye" MMC, "Luhovitski Tərəvəzlər" MMC və "Aqrokultura Qrup" MMC kimi şirkətlər var.

Kənd Təsərrüfatı Nazirliyi məhsulun keyfiyyətinə ciddi nəzarət etdiklərini bildirir və qeyri-leqal ticarətdən pomidor alınmamasını tövsiyə edir.