BİZNES

13 Yanvar

Şah Dəniz platformasında texniki nasazlıq: Qaz tədarükü müvəqqəti dayandırılıb

Finss.az - BP Azərbaycan şirkətinin məlumatına görə, "Shah Deniz Alpha" (SDA) platforması ilə "Sançacal" terminalı arasındakı dənizaltı xəttində texniki nasazlıq aşkar edilib.

Bu səbəbdən, Azərbaycan Serbiyaya gündəlik 1,7 milyon kubmetr qaz tədarükünü dayandırıb. Bolqarıstana qaz tədarükü də 7 yanvar 2025-ci ildən etibarən müvəqqəti dayandırılıb. Şirkət, nasazlığın aradan qaldırılması və fəaliyyətin bərpası üçün işlərin davam etdiyini bildirib.