BİZNES

10 Yanvar

Azərbaycanda tranzit yük daşımalarında rekord: 14,8 milyon ton

Finss.az - Ötən il Azərbaycanda tranzit yük daşımalarında 14,8 milyon tonluq həcm qeydə alınıb.

Bununla bağlı, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov məlumat verib. O qeyd edib ki, dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmi 7,3 milyon tonla rekord həddə çatıb.

Həmçinin, hava nəqliyyatı ilə sərnişin daşıma əvvəlki illə müqayisədə 31% artıb və 7,5 milyon sərnişinə xidmət göstərilib. Metroda sərnişin daşınması pandemiyadan sonra ən yüksək göstəricini nümayiş etdirib, 30 milyon nəfər sərnişinə xidmət olunub. Avtobuslarla daşınan sərnişin sayı isə 20% artaraq 148 milyon nəfərə çatıb.