BİZNES

21 Avqust

Vergi mədəniyyətini yüksəldək: təşviq və maarifləndirmə

İqtisadiyyat Nazirliyi yanında DVergi Xidməti (DVX) təbliğat-təşviqat və maarifləndirmə işləri çərçivəsində müxtəlif kommunikasiya kanallarından istifadə edir. Başlıca məqsəd DVX-nin həyata keçirdiyi layihələr, göstərdiyi xidmətlər, vətəndaşların vergilərlə əlaqədar gündəlik qarşılaşdıqları məsələlərlə bağlı məlumatlılığının artırılmasıdır.

Finss.az xəbər verir ki, bu səbəbdən paytaxt və regionlardakı mərkəzi prospekt və küçələrdə quraşdırılmış lövhələrdə daşınmaz əmlakın alışı zamanı ƏDV-nin bir hissəsinin geri qaytarılması, elektron vergi xidmətləri və nağdsız ödənişlər zamanı POS-terminallardan istifadədən imtinaya görə tətbiq olunan maliyyə sanksiyaları barədə sosial posterlər yerləşdirilib.

Qeyd edək ki, vətəndaşlar və vergi ödəyiciləri onları maraqlandıran suallarla DVX-nin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə müraciət edə, habelə www.vergiler.az saytında vergilərlə bağlı praktiki məsələlərin tətbiqi, ekspert şərhləri, rəsmi izahlarla da tanış ola bilərlər.

Zemfira Ms
Finss.az