BİZNES

15 İyul

Daha bir MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

“Qarabağ Yem Fabriki” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə quşçuluq sahəsi üzrə yüksək keyfiyyətli yem istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 12,4 milyon manat olan müəssisədə 80 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu il Ağdam Sənaye Parkında beşdən artıq müəssisənin fəaliyyətə başlayacağını bildirib.

Fuad Mədətov
Fins.az