BİZNES

10 İyul

AZPROMO-da JETRO ilə görüş keçirilib

Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Fins.az xəbər verir ki, görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində Agentlik tərəfindən Yaponiya üzrə "İxrac bələdçisi"nin hazırlandığı da qarşı tərəfin diqqətinə çatdırılıb.

Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.

Fuad Mədətov
Fins.az