İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir.
Fins.az xəbər verir ki, bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçirilib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq “Payoneer” tərəfindən Azərbaycan üzrə menecer təyin olunub. “Payoneer” və Azexport portalının birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli üzrə konkret addımların atılması nəzərdə tutulub. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.
Qeyd edək ki, bundan əvvəl “Payoneer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərəhələlərdə çətinlik yaşayan istifadəçilər dəstək üçün Azexport portalı vasitəsilə təşkilata müraciət edə bilərlər.