BİZNES

02 İyul

“Boeing” “Spirit AeroSystems”-i 4.7 milyard dollara aldı

“Boeing” şirkəti öz tədarükçüsü “Spirit AeroSystems” şirkətini 4.7 milyard dollara satın aldığını elan edib. Bu barədə şirkətin saytındakı press-relizdə məlumat verilib.

Fins.az xəbər verir ki, ““Boeing” şirkəti  “Spirit AeroSystems”-i almaq üçün yekun razılaşmaya gəldiyini açıqladı. Birləşmə özündə dəyəri təxminən 4.7 milyard ABŞ dolları və ya hər bir səhm üçün 37.25$ olan bütün səhmlərin alış əməliyyatını əks etdirir. Ümumi xərc, “Spirit”-in ən son xalis borcu da daxil olmaqla, təxminən 8.3 milyard ABŞ dollarıdır”, - deyə açıqlamada bildirilib.

"Spiritin reinteqrasiyası ilə biz təhlükəsizlik və keyfiyyət idarəetmə sistemləri də daxil olmaqla, kommersiya istehsal sistemlərimizi tam uyğunlaşdıra biləcəyik", - “Boeing”-in baş direktoru və prezidenti Deyv Kalhoun qeyd edib.

Son zamanlar “Boeing” təyyarələrində dəfələrlə texniki problemlər qeydə alınıb. “The New York Times” qəzeti yazıb ki, “Boeing” ABŞ Mülki Aviasiya Administrasiyasının 737 Max təyyarəsində uçuş zamanı gövdə parçasının qopması ilə bağlı araşdırması çərçivəsində başladığı 89 yoxlamadan 33-ü uğursuz olub. Nəşrin məlumatına görə, “Boeing” və onun tədarükçüsü “Spirit AeroSystems” təyyarələri yığarkən bir çox keyfiyyətə nəzarət tələblərini pozub.