BİZNES

19 İyun

Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək

Avropa İttifaqı iki həftə ərzində Ukraynadan Aİ Şurasının mayın 25-də dayandırdığı toyuq yumurtası idxalı kvotalarını və rüsumlarını bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Olof Gil məlumat verib.

“Avropa Komissiyası yaxın iki həftə ərzində Ukraynadan yumurtaya qoyulan kvotaların dayandırılması qərarını ləğv edəcək” - deyə O.Gil bildirib.