BİZNES

11 İyun

“BSC” MMC-ni saytı yenilənib

BSC Consulting-in rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib. (//bsc.az/).

Saytda “BSC” MMC-nin xidmət sahələri haqqında yenilənmiş məlumat bazası və “BSC Academy”nin təlimləri mövcuddur, həmçinin saytın bütün cihazlarda düzgün baxılması təmin edilib. Əsasən xidmət yönümlü olan saytda yeni funksional alətlərdən istifadə olunub. Yeniliklərdən biri də odur ki, xidmət və təlimlərlə maraqlanan şəxslər “müraciət et” bölməsinə daxil olaraq əlaqə vasitələrini qeyd edə biləcəklər.

Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.