BİZNES

10 İyun

“Starship”in budəfəki uçuş cəhdi uğurla yekunlaşıb

“SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin dördüncü uçuş cəhdi uğurla reallaşdırılıb. “Starship”in indiyənə kimi aparılmış test uçuşlarından fərqli olaraq, sonuncu uçuş cəhdi zamanı kosmik gəmi uğurla Yer kürəsinin atmosferinə çatandan sonra yenidən geri qayıdaraq Hind okeanındakı xüsusi platformaya eniş edib.

Fins.az xəbər verir ki, uçuşa start veriləndən bir neçə dəqiqə sonra “Super Heavy” raketi də “Starship”dən uğurlu şəkildə ayrılaraq Meksika körfəzində enişi reallaşdırıb. Raket ayrılandan sonra kosmik gəmi bir saat uçuşunu davam etdirib və atmosferə missiyanın 45-ci dəqiqəsində çatıb. 53 km-lik yüksəklikdə “Starship”in qapaqlarından biri yanmağa başlayıb və onun xarici hissəsində olan kamera isə çatlayıb. Lakin bütün bunlara baxmayaraq, “Starship” tapşırığının öhdəsindən uğurla gəlib.