BİZNES

21 May

Azərbaycan Özbəkistanda cem istehsalı zavodu və 5 ulduzlu hotel inşa edir

Azərbaycan Özbəkistanda cem istehsalı zavodunu inşa edir.

Fins.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

Onun szölərinə görə, Azərbaycan şirkətləri Özbəkistana investisiya edirlər:

"Bura 5 ulduzlu hotelin tikintisi və cem istehsalı üzrə zavodun tikintisi daxildir. Hazırda biz Özbəkistanla 10-dan çox layihə üzərində iş aparırıq".

Fuad Mədətov
Fins.az