BİZNES

16 Fevral

Türkiyə Azərbaycana polad məhsulları ixracını 8,3 faiz artırıb

Türkiyə 2024-cü ilin yanvar ayında Azərbaycana polad məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artıraraq 10,9 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

Fuad Mədətov
Fins.az