BİZNES

25 Yanvar

Xarici müştərilərlə müxtəlif diapazonlu və büdcəli layihələri həyata keçiririk - "Narimanfilm" MMC

Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan "Narimanfilm" Məhdud Məsuliyyətli Cəmiyyəti yerli, xarici müştərilərlə müxtəlif diapazonlu və büdcəli layihələrin həyata keçirilməsində 25 ildən artıq təcrübəsi var və şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, 1994-cü ildə təsis edilən şirkət müştəriləri və partnyorları ən yaxşı məhsul və xidmətlə təmin etmək məqsədilə şirkətdə təcrübəli ssenaristlər, rejissorlar, texnik və dizaynerlər komandası yaradılıb.

Qlobal layn prodakşn

"Narimanfilm" keyfiyyətli istehsal menecerləri ilə təmin edə bilər, yerli istehsal komandaları üçün məsuliyyət daşıyır və istehsal zamanı ortaya çıxan hər hansı bir problemi həll edir. 

Xidmətləri: İstehsalın İdarə Edilməsi / Məkan Skautinqi və Rəsmi İcazələr / Komanda / Massovka / Kastinq Xidməti / Modellər / Rəqqaslar / Maliyyə Menecmenti / Beynəlxalq və Yerli Logistika / Yerləşdirmə / Qidalanma / Kino Avadanlığın Kirayəsi / SFX Avadanlıqlar / Riqinq / Kaskadyorlar / VFX Komandası / Rekvizitlər / Kostyum / Qrim / Film çəkilişi üçün Hərbi Texnika və Silahların Təşkili / Nəqliyyat Xidmətləri.

Hava çəkilişləri

"Narimanfilm" uzun müddət müvafiq dövlət qurumlarının rəsmi icazəsi ilə dron ilə yüksək keyfiyyətli və peşəkar hava çəkilişləri həyata keçirir.

Bədii və sənədli filmlər

"Narimanfilm" texnoloji həllərimiz ilə kinorejissorlara işlərində kömək etmək və vizual problemlərini həll etmək üçün geniş təcrübəyə malikdir.

Qrafik tərtibatın və 3D animasiyanın hazırlanması

"Narimanfilm" müştəri üçün əvəzolunmaz məzmun yaratmağa imkan verən modelləşdirmə və animasiya sahəsində geniş təcrübəyə malikdir. Son nəticədə çox təsirli bir visual əldə olunur.

Reklam çarxları

"Narimanfilm" reklam vasitələrini düzgün seçməyə kömək edən bir xidmət agentliyidir. İstehsal dəyərini artırmaq üçün xüsusi hazırlanmış həllər yaratmağa çalışırıq.

Təlim-tədris xarakterli videoçarxların istehsalı

"Narimanfilm", HSE videoçarxları üzərində geniş film çəkmə və video istehsal təcrübəsinə malikdir. Bu videoçarxlar şirkətlər tərəfindən iş yerində və ya şirkətə baş çəkilərkən işçilərə və qonaqlara rast gələ biləcəkləri təhlükələr barədə təlim vermək və məlumatlandırmaq üçün istifadə olunur.

Musiqili videoçarxlar

"Narimanfilm"in siyahısına bir çox son dərəcə istedadlı və mükafat qazanan musiqi video rejissorları daxildir.

Fuad Mədətov
Fins.az