BİZNES

24 Yanvar

Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub

Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.

Onun sözlərinə görə, bu 2022-ci ilə nisbətən 9,8 % çoxdur:

“Təkcə ötən ilin dekabrında ölkədən ixrac olunan qeyri-neft məhsullarının dəyəri isə 314,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin eyni rübü ilə müqayisədə 7,9% çoxdur".

Fuad Mədətov
Fins.az