Sony və Zee Entertainment 2 illik gecikmədən sonra Hindistanda planlaşdırdıqları 10 milyard dollarlıq media birləşmələrini ləğv etdilər. Beləliklə, hər iki şirkət Asiyanın ən böyük yayım bazarında əyləncə nəhəngi yaratmaq səylərindən əl çəkdi.
Fins.az xəbər verir ki, Yapon şirkəti bazar ertəsi Zeeyə göndərdiyi məktubda birləşmə müqaviləsinin şərtlərini yerinə yetirə bilmədiyi səbəbi ilə 90 milyon dollarlıq xitam haqqı tələb edib. Mumbayda yerləşən Zee müqaviləni pozduğunu “qəti şəkildə” rədd etdi.
Digər tərəfdən, sövdələşmə, Hindistanın kapital bazarları tənzimləyicisi tərəfindən aparılan araşdırma zamanı Zee-nin baş icraçı direktoru Punit Goenka-nın birləşdirilən quruma rəhbərlik edib-etməməsi ilə bağlı çıxılmaz vəziyyətə düşməsi səbəbindən dağıldı.
Yeni şirkətin illik 2 milyard dollar gəlir əldə edəcəyi gözlənildiyi halda, Sony-nin Zee-nin regional hind dillərindəki zəngin məzmunundan və onlarla yerli televiziya kanalından faydalanacağı gözlənilirdi.
Günel Məlikzadə
Fins.az