Ötən il Azərbaycanın xarici ölkələr ilə olan ticarət dövriyyəsinin həcmi açıqlanıb. Qeyd olunan dövrdə ən böyük ticarət dövriyyəsi İtaliya ilə - 15 milyard 685 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən Fins.az-a bildirilib ki, Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. İtaliyadan Azərbaycana isə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.
Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Ötən il Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 7 milyard 650 milyon dollar təşkil edib. Azərbaycandan bu ölkəyə 2 milyard 291 milyon dollar dəyərində məhsul ixrac edilib.
Hesabat dövründə 17 milyard 285 milyon dollar dəyərində idxal əməliyyatları aparılıb. Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə ötən il ticarət dövriyyəsi 4 milyard 358 milyon min dollar təşkil edib.
Dövr ərzində Azərbaycandan Rusiyaya 1 milyard 196 milyon dollar dəyərində ixrac, Rusiyadan Azərbaycana isə 3 milyard 162 milyon dollar dəyərində idxal əməliyyatları həyata keçirilib.
Fuad Mədətov
Fins.az