BİZNES

21 Yanvar

Erdemoğlu Holdinq Sasa-nın payını alıb

Erdemoğlu Holdinq Sasa səhmləri ilə bağlı əməliyyatlarına davam etdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada, Erdemoğlu Holdinqin yanvarın 17-də 33,86-34,14 TL aralığında nominal məbləği 2 milyon TL olan alış əməliyyatı etdiyi bildirilib.

Açıqlamaya görə, 17 yanvar tarixinə Erdemoğlu Holdinqin Sasadakı səhmləri 55,3161% həddinə yüksəlib.

Günel Məlikzadə
Fins.az