BİZNES

20 Yanvar

Çin və İsveçrə arasında azad ticarət sazişi

Çinin Baş naziri Li Qianq Davosda Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrəyə səfəri çərçivəsində İsveçrə Federal Şurasının sədri Viola Amherd ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə tərəflər mövcud azad ticarət sazişinin yenilənməsi üçün başlatdıqları birgə işi yekunlaşdırmaq barədə razılığa gəliblər.

İsveçrə hökumətinin görüşlə bağlı verdiyi açıqlamada uzlaşmanın danışıqların başlanması üçün mühüm addım olduğu bildirilib.

2013-cü ildə Çin və İsveçrə arasında imzalanan azad ticarət sazişi "Pekinin qitə Avropasında bir ölkə ilə imzaladığı ilk belə müqavilə" idi.

Görüşdə tərəflərin xarici işlər nazirlikləri arasında dialoq prosesinin davam etdirilməsi barədə razılığa gəldiyi, inkişaf sahəsində əməkdaşlıq, vasitəçilik və insan hüquqlarının ikitərəfli danışıqlar mövzuları arasında olacağı bildirilib.

Günel Məlikzadə
Fins.az