BİZNES

29 Dekabr

Xarici ticarət kəsiri noyabrda 32,6% azalıb - TÜRKİYƏ

Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı xarici ticarət məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, ümumi ticarət sisteminə görə, noyabr ayında ixrac 5,2% artdı, idxal isə 5,7% azaldı.

Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi ilə əməkdaşlıqda ümumi ticarət sistemi çərçivəsində çıxarılan müvəqqəti xarici ticarət məlumatlarına görə; 2023-cü ilin noyabr ayında ixrac əvvəlki ilin eyni ayına görə 5,2% artaraq 22 milyard 999 milyon dollara, idxal isə 5,7% azalaraq 28 milyard 916 milyon dollara çatıb.

Ümumi ticarət sisteminə görə, 2023-cü ilin yanvar-noyabr dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 232 milyard 810 milyon dollara, idxal isə 0,5 faiz artaraq 332 milyard 736 milyon dollara çatıb. 

Günel Məlikzadə
Fins.az