BİZNES

29 Dekabr

Ümumi keyfiyyətin idarə edilməsi: böhranın idarə edilməsi hazırlığı üzrə Sudan təşkilatının təsviri təhlili

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.

Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Ümumi keyfiyyətin idarə edilməsi: böhranın idarə edilməsi hazırliğı üzrə Sudan təşkılatının təsviri təhlili" adlı məqalənin müəllifi Ali Ahmed Suliman Elmahdi (Biznesin İdarə Edilməsi Fakültəsi, Azərbaycan Dövlət İqtisad Universiteti) və İlqar Seyfullayevdir (baş müəllim, Biznesin İdarə Edilməsi Fakültəsi, Azərbaycan Dövlət İqtisad Universiteti).

Məqalədə qeyd olunub:

"Böhran planı olan təşkilatların problemləri qabaqcadan  daha yaxşı görmək, tanımaq, idarə etmək və onlara cavab vermək bacarığı olduğu görülür. Sudan şirkətləri arasında hazırlıq səviyyəsini qiymətləndirmək məqsədi ilə məlumat toplanması üçün sorğu anketindən istifadə edilmiş və kəmiyyət tədqiqat metodu tətbiq edilmişdir. Sorğu müxtəlif şirkətlərdə çalışan 100 nəfər arasında keçirilmişdir. İştirakçıların demoqrafik göstəriciləri onların yaşı, cinsi, təhsil dərəcəsi, məşğulluğu, ailə vəziyyəti və iş müddətinə əsaslanıb. İki nümunəli t-testi aparılmışdır ki, dəyişən 1 -təşkilatımızın dəqiq müəyyən edilmiş böhran idarəetmə planı var, qəti şəkildə razı deyiləm və dəyişən 2 -yazılı böhran idarəetmə planı mövcuddur, aktualdır, yayılır və bütün maraqlı tərəflər tərəfindən qəbul edilir, arasında əlaqə yoxlanılsın. İki dəyişən arasında müsbət korrelyasiya var idi, (M = 25, V = 724) və (M = 25, V = 790) t (0) = 2,353363435, p = 0,5. Bu yekundan belə nəticə çıxara bilərik ki, təşkilatlar qəfil baş verəcək fəlakətə qarşı hazır olmaq üçün heç bir addım atmayıblar. Biz hesab edirik ki, yüksək dərəcədə uğurlu bizneslər adətən böhrana hazırlıqlıdır və bu, ümumi iqtisadi uğur və instutsional fəlakətlərə hazırlıq arasında birbaşa əlaqənin ola biləcəyini göstərir".

Fuad Mədətov
Fins.az