BİZNES

31 Dekabr

İLİN YEKUNU: Bu il Azərbaycandan 11 965 nəqliyyat vasitəsi beynəlxalq avtomobil daşımalarında iştirak edib

2023-cü ildə Azərbaycandan 11 965 nəqliyyat vasitəsi beynəlxalq avtomobil daşımalarında iştirak edib.

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2021-ci ildə 2 400 olub.

"2023-cü ildə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 2022-ci illə müqayisədə 9 faiz bəndi artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə isə 2 dəfə artım var", - K.Qurbanov deyib.

O, həmçinin qeyd edib ki, bu il Azərbaycanda daşıyıcılara 1 235 ədəd "TİR Karnet" kitabçası verilib.

"Bu kitabça imkan verir ki, yüklər sərhəd-keçid məntəqələrində açılmasın. Bu il 1305 daşıyıcı, 178 operatorun məsul şəxsi beynəlxalq daşımalara dair təlimə və tədrisə cəlb edilib, onlara şəhadətnamə verilib. 260 daşıyıcıya isə təhlükəli yüklərin daşınması barədə təlim keçirilərək, şəhadətnamələr verilib".

Fuad Mədətov
Fins.az