BİZNES

25 Dekabr

MİLLİ BREND: “ARMetiz” şirkəti

“ARMetiz” - Azərbaycan Respublikasının ərazisində şurupların (vint, samorez) istehsalçısıdır.

Fins.az xəbər verir ki, “ARMetiz” şirkəti 5 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətin hazırki zavodunun ərazisi təxminən 1500 kv/m-dir və zavodda 36 dəzgah var. Müəssisənin ay ərzində istehsal gücü 30-50 tondur.

Şirkət bazarın tələblərinə əsasında istənilən ölçü şurupların istehsalında fokuslanıb. Tam istehsal tsiklinə malikdir: teldən son məhsula qədər, həmçinin istənilən nomenklaturanın metizlərinin istehsalını təşkil etmək üçün avadanlıq və komplektləşdiricilərin təchizatı ilə məşğul olur. Qoyulmuş avadanlıq üzrə texniki dəstək və konsultasiya həyata keçirir.

Şirkətin məqsədi və nailiyyətləri Azərbaycanın daxili bazarını, eləcə də ən yaxın xarici bazarı keyfiyyətli və əlverişli məhsullarla təmin etməkdir.

Fuad Mədətov
Fins.az