BİZNES

31 Dekabr

İLİN YEKUNU: Azərbaycandan Gürcüstana ixrac olunan mal və məhsullar 2,2% artıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1371,4 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana 583,61 milyon dollar dəyərində mal və məhsullar ixrac olunub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,60 milyon dollar və ya 2,2 faiz çoxdur.

Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,2 faizini təşkil edib. Cari ildə Gürcüstanın ümumi idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 16,1 faiz artaraq 14 milyard 28 milyon dollar təşkil edib.

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 787,79 milyon dollar dəyərində mal və məhsullar ixrac edib. Bu da ötən illə müqayisədə 32,3 faiz çoxdur.

Fuad Mədətov
Fins.az