BİZNES

31 Dekabr

İLİN YEKUNU: 2023-cü ilin 11 ayında Ukraynanın dövriyyəsi 90 milyard dollar təşkil edib

2023-cü ilin yanvar-noyabr ayları ərzində Ukrayna 57,2 milyard dollarlıq mal idxal edib, 32,8 milyard dollarlıq mal ixrac edib. 90 milyard dollar təşkil edib, 

Fins.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti dekabrın 12-də bildirib.

Qeyd edildiyi kimi, Ukraynaya ən çox mal idxal edilən ölkələr bunlardır: Çin — 9,3 milyard dollar, Polşa — 5,9 milyard, Almaniya — 4,5 milyard dollar.

Ən çox Ukrayna Polşaya 4,4 milyard dollar, Rumıniya 3,5 milyard dollar, Türkiyə isə 2,2 milyard dollar ixrac edib. 

Ukraynadan ixrac edilən malların ilk üçlüyünə ərzaq məhsulları (19,6 milyard dollar), metallar və onlardan məmulatlar (3,6 milyard dollar), o cümlədən maşın, avadanlıq və nəqliyyat (2,7 milyard dollar) daxil olub.

“İxrac rüsumuna məruz qalan malların ixracının gömrük rəsmiləşdirilməsi zamanı büdcəyə 526,9 milyon UAH ödənilib”, - departament əlavə edib.

Günel Məlikzadə
Fins.az