BİZNES

11 Dekabr

Karton qutu istehsalına 900 min manat güzəştli kredit ayrılıb - Mikayıl Cabbarov

Sahibkarlığın İnkişafı Fondu Flazer MMC-yə qofro karton qutu istehsalının inkişafı layihəsi üçün 900 min manat güzəştli kredit verib.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazxiri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Xatırladaq ki, ümumilikdə Azərbaycan Sahibkarlığın İnkişafı Fondu 2022-ci ildə 2726 investisiya layihəsini maliyyələşdirib. Ümumilikdə, Fond tərəfindən 145,9 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Fondun məlumatına görə, verilmiş kreditlərin 87,1 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalı, 37,3 milyon manatı sənaye məhsullarının istehsalı və emalı, 9,1 milyon manatı turizm, 12,4 milyon manatı isə digər sahələrin payına düşüb.

Fuad Mədətov
Fins.az