BİRJA

04 Fevral

Qiymətli kağızları ilə sərmayə qoyuluşu fürsəti: Yüksək gəlir və uzunmüddətli investisiya

"Unibank" KB ASC, yerli bazarda sərmayə qoyuluşu etmək istəyənlərə qiymətli kağızlar təklif edir.

Finss.az xəbər verir ki, Unibank tərəfindən təklif olunan istiqrazlar, 22 oktyabr 2027-ci il tarixinə qədər davam edən sərfəli investisiya imkanı yaradır.

Unibank İstiqrazlarının Şərtləri:

  • Emitent: Unibank
  • Nominal dəyər: 100 AZN
  • Valyuta: AZN
  • Sayı: 10,000 ədəd
  • Kupon dərəcəsi: 11.50%
  • Gəlirlilik: 11.50%
  • Bitmə tarixi: 22.10.2027

Unicapital ilə Yatırım İmkanları:

  • 1,700-dən çox Azərbaycan şirkətinin səhmdarı olmaq;
  • Repo müqavilələri ilə ticarət etmək;
  • Qısa və uzun müddətli korporativ və ya dövlət istiqrazlarını alaraq vəsaitinizi dəyərləndirmək.

Bu istiqrazlar həm yüksək gəlir gətirmək, həm də yerli bazarda fərqli investisiya variantları ilə tanış olmaq istəyənlər üçün mükəmməl bir fürsət yaradır.

Fuad Mədətov
Finss.az