Finss.az - Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli 0,08 dollar (0,1%) bahalaşaraq 79,22 dollara çatıb.
“Brent” markalı neftin mart fyuçersləri 76,49 dollar təşkil edib.
Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində hesablanıb.
Xatırladaq ki, "Azeri Light" 2020-ci ildə minimum (15,81 dollar), 2008-ci ildə isə maksimum (149,66 dollar) qiymətə satılıb.
Neft əsasən AÇG yataqlar blokundan hasil olunur və SOCAR-ın bu layihədə 25% payı var.
Zemfira Ms
Finss.az