Finss.az - Çərşənbə günü səhər saatlarında neft qiymətləri əvvəlki gündəki artımdan sonra mülayim şəkildə azalmağa başlayıb.
Brent markalı neftin mart müqavilələri 77,30 dollar/barel, WTI isə 73,61 dollar/barel olub. Bir gün əvvəl Brent 0,41 dollar, WTI isə 0,6 dollar bahalaşmışdı.
Amerikanın Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının keçən həftə 2,86 milyon barel artdığını açıqlayıb.
Analitiklər isə daha böyük artım gözləyirdilər. Növbəti rəsmi hesabat çərşənbə günü yayımlanacaq.