BİRJA

29 Yanvar

Rəngli metallar ucuzlaşır – Mis qiymətləri üç aylıq enişdə

Finss.az - Londonda misin qiymətləri ardıcıl üç ay azalma trendini davam etdirir.

27-28 yanvar tarixlərində bu eniş Çində zəif istehsalat göstəriciləri və Donald Trampın yeni gömrük rüsumları elan etməsi fonunda güclənib. Londonda Metallar Birjasında (LME) 3 aylıq mis kontraktları 2% ucuzlaşaraq 9095 dollar/t səviyyəsinə düşüb. Çin bazarındakı qeyri-müəyyənlik və investorların Ay təqvimi ilə Yeni il öncəsi mövqelərini bağlaması əsas təsiredici amillərdəndir.

Digər tərəfdən, Çin şirkəti DeepSeek-in yeni süni intellekt çipləri mis bazarına potensial təsir göstərə bilər. Bu çiplər daha az enerji istehlak etməklə yanaşı, qiymət baxımından daha sərfəlidir.

28 yanvar 2025-ci il üçün əsas metal qiymətləri (LME, spot):
- Mis: $8906.5/t
Alüminium: $2577.5/t
Nikel: $15327.5/t
Qalay: $29487.5/t