Bakı Fond Birjası 2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
Finss.az xəbər verir ki, investisiya şirkətlərinin əməliyyatlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında "ABB İnvest İnvestisiya Şirkəti" QSC (59 milyard 71 milyon 219 min 597 manat) ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (26 milyard 834 milyon 694 min 838 manat), üçüncü ən yüksək nəticə isə "Assists Finance İnvestisiya Şirkəti" ASC (6 milyard 111 milyon 196 min 252 manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “Troni İnvestisiya Şirkəti” (11 milyon 111 min 104 manat) qərarlaşıb.
Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyatlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Finss.az