Bakı Fond Birjası 2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin Azərbaycan Mərkəzi Bankının (ARMB) qiymətli kağızların dövriyyələrinin həcmini açıqlayıb.
Finss.az xəbər verir ki, investisiya şirkətlərinin ARMB qiymətli kağızların dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (1 milyard 361 milyon 245 min 650 manat) ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə "CFI Finance İnvestisiya Şirkəti" QSC (234 milyon 30 min 744 manat), üçüncü ən yüksək nəticə isə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (178 milyon 456 min 128 manat) qeydə alınıb.
Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin ARMB qiymətli kağızların dövriyyəsinin həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Finss.az