Bakı Fond Birjası 2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
Finss.az xəbər verir ki, investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (6 milyard 845 milyon 106 min 820 manat) ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (1 milyard 871 milyon 137 min 867 manat), üçüncü ən yüksək nəticə isə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC (787 milyon 213 min 775 manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “Troni İnvestisiya Şirkəti” (1 milyon 799 min 555) qərarlaşıb.
Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Fins.az