Bakı Fond Birjası 2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcmini açıqlayıb.
Finss.az xəbər verir ki, investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcminə görə renkinq siyahısında "ABB İnvest İnvestisiya Şirkəti" QSC (113 milyon 520 min 411 manat) ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə "CFI Finance İnvestisiya Şirkəti" QSC (20 milyon 266 min 853 manat), üçüncü ən yüksək nəticə isə "Assists Finance İnvestisiya Şirkəti" ASC (16 milyon 333 min 113) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “MFX Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb. Şirkət nəticələrini açıqlamayıb.
Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Finss.az