BİRJA

27 Yanvar

Neft qiymətləri ucuzlaşır

Finss.az - Bazar ertəsi günü neftin qiymətləri ucuzlaşıb.

Brent markalı neftin mart müqavilələri 77,93 dollar/barel, WTI isə 74,09 dollar/barel olub. Keçən həftə Brent 2,8%, WTI isə 3,5% ucuzlaşıb. ABŞ prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınmasına dair açıqlamaları və ticarət müharibələri riski bazara təsir edib.

Tramp, həmçinin OPEC ölkələrini, xüsusilə Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa çağırıb.