BİRJA

27 Yanvar

Texnologiya sektorunun səhmləri düşüb

Finss.az - ABŞ-n fond bazarları cümə günü əvvəlki həftəki artımlardan sonra azalmağa başladı.

İnvestorlar istehlakçı etimad indeksinin 71,1-ə enməsi və texnologiya sektorunda baş verən qiymət düşüşlərinə diqqət yetirdi.

Texas Instruments və Nvidia kimi şirkətlərin səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Lakin Verizon Communications və NextEra Energy kimi şirkətlər müsbət nəticələr açıqlayıb. Dow Jones 0,32%, SP 500 0,29% və Nasdaq 0,5% azalıb.