BİRJA

24 Yanvar

SEC kriptoaktivlər bazarı ilə bağlı işçi qrupu yaradır

Finss.az - ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası kriptovalyuta bazarının tənzimlənməsində dəyişikliklər etmək istiqamətində ilk addımları atır.

Tramp seçki kampaniyası zamanı kriptoaktivlər üçün daha müsbət mühitin yaradaılması isə bağlı vədlər etmişdir. ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) müvəqqəti rəhbəri Mark Ueda, kriptoaktivlər üçün "hərtərəfli və dəqiq normativ bazanın hazırlanmasını" hədəfləyən işçi qrupunun yaradıldığını elan edib.

"İşçi qrupunun vəzifəsi SEC-ə aydın tənzimləyici sərhədləri müəyyənləşdirməkdə, qeydiyyat üçün real yollar təklif etməkdə, məlumatların açıqlanması üçün məqbul sxemlər hazırlamaqda və hüquq-mühafizə üçün resursları səmərəli bölüşdürməkdə kömək etmək olacaq", - deyə tənzimləyici qurumun açıqlamasında qeyd olunur.

Ueda SEC rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bu vəzifəyə Tramp tərəfindən təklif olunan namizəd – hüquqşünas Pol Atkinsonun Senatda təsdiq olunması gözlənilir.