BİRJA

23 Yanvar

SEC kriptoaktivlər bazarı ilə bağlı işçi qrupu yaradır

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası kriptovalyuta bazarının tənzimlənməsində dəyişikliklər etmək istiqamətində ilk addımları atır.

Finss.az InvestAZ İnvestisiya Şirkətinə istinadən xəbər verir ki, Tramp seçki kampaniyası zamanı kriptoaktivlər üçün daha müsbət mühitin yaradaılması isə bağlı vədlər etmişdir.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) müvəqqəti rəhbəri Mark Ueda, kriptoaktivlər üçün "hərtərəfli və dəqiq normativ bazanın hazırlanmasını" hədəfləyən işçi qrupunun yaradıldığını elan edib.

"İşçi qrupunun vəzifəsi SEC-ə aydın tənzimləyici sərhədləri müəyyənləşdirməkdə, qeydiyyat üçün real yollar təklif etməkdə, məlumatların açıqlanması üçün məqbul sxemlər hazırlamaqda və hüquq-mühafizə üçün resursları səmərəli bölüşdürməkdə kömək etmək olacaq", - deyə tənzimləyici qurumun açıqlamasında qeyd olunur.

Ueda SEC rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bu vəzifəyə Tramp tərəfindən təklif olunan namizəd – hüquqşünas Pol Atkinsonun Senatda təsdiq olunması gözlənilir.

Bakı vaxtı ilə saat 11:10-a olan məlumata görə, “Bitcoin” məzənnəsi 102180$ təşkil edir.