BİRJA

23 Yanvar

Qızılın qiyməti artımı dayandırdı

Finss.az - Cümə axşamı günü qızılın qiymətləri, əvvəlki sessiyada təxminən üç aylıq zirvəyə çatdıqdan sonra artımı dayandırdı.

Buna səbəb dolların bir qədər möhkəmlənməsi və investorların Tramp administrasiyasından ticarət siyasəti ilə bağlı yeni siqnallar gözləməsidir.

Saat 09:54-də qızılın spot qiyməti 2 750 dollar/unsiya səviyyəsində olub. Çərşənbə günü qiymətlər 2 763 dollar səviyyəsinə yüksəlib ki, bu da 31 oktyabrdan sonra ilk dəfə qeydə alınıb. Həmin tarixdə qızıl 2 790 dollar səviyyəsinə çataraq rekord qırmışdı. Fyuçers bazarında isə qiymətlər 0,32% azalaraq 2 761 dollar olub.

Bazar ekspertlərindən rəylər

Kedia Commodities şirkətinin direktoru Acay Kedia bildirir ki, qızıl bazarında geri çəkilmə sadəcə texniki xarakter daşıyır, çünki dollar 108 dollar səviyyəsinə qalxaraq investorların qazancını sabitləməsinə səbəb olub. Bununla yanaşı, qızılın gələcək perspektivi müsbət olaraq qiymətləndirilir.

Tastylive şirkətinin qlobal makroiqtisadiyyat şöbəsinin rəhbəri İlya Spivak isə qeyd edib ki, Trampın iqtisadi siyasəti gücülü inflyasiya təzyiqi yaradarsa, FED-in faiz endirimləri məhdud ola bilər və bu da qızılın bahalaşmasını çətinləşdirər.

FED və Yapon Bankının faiz qərarları

Gələn həftə FED iclas keçirəcək. Proqnozlara görə, qurum 28-29 yanvar tarixində faiz dərəcələrini dəyişdirməyəcək. Digər tərəfdən, Yaponiya Bankının bu cümə günü faiz dərəcəsini artıracağı gözlənilir.

Digər qiymətli metallar da dəyər itirib:

  • Gümüş 0,5% azalaraq 30,63 dollar/unsiya,

  • Platin 0,2% azalaraq 944 dollar,

  • Palladium isə 0,7% geriləyərək 970,55 dollar olub.