BİRJA

23 Yanvar

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb

Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.

Finss.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,34% və ya 0,27 dollar azalaraq 1 barelə görə 78.73 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,33% və ya 0,25 dollar azalaraq 1 barelə görə 75.19 ABŞ dollarına bərabər olub.