Finss.az - Goldman Sachs bazar ertəsi günü açıqlama verərək, mis bazarının ABŞ-da bu metal üzərində 10%-lik verginin tətbiq edilməsi ehtimalını 50% olaraq qiymətləndirdiyini bildirdi.
Analitiklər, bu ehtimalın bankın öz hesablamalarına uyğun olduğunu və ilin sonuna qədər misə 10%-lik vergi tətbiq edilə biləcəyini qeyd ediblər.
London Metal Birjasında üç aylıq mis üzrə fyuçerslər ötən həftəki aylıq zirvəni keçdikdən sonra 0,3% azalarak ton başına 9,167 dollar olub. Qlobal bazarda misin qiyməti, ticarətçilərin ABŞ-dan gələcək potensial vergilər ilə bağlı təfərrüatları izləmələri səbəbindən dalğalanma göstərir.
Eyni zamanda, seçilən prezident Donald Tramp’ın andiçmə mərasimindən sonra ABŞ-ın yeni ticarət siyasətinin təsirləri gözlənilir. Tramp, əvvəlki dövrlərdə, qlobal idxal üçün 10%-lik vergi, Çin məhsulları üçün 60% və Kanada ilə Meksika məhsulları üçün 25%-lik vergi tətbiq etməyi təklif etmişdi.
Goldman Sachs-ın təhlilinə görə, neft bazarı da ABŞ-da Kanada məhsullarına, o cümlədən neftə 25%-lik vergi tətbiq edilmə ehtimalını 40% olaraq hesablayır. Brent markalı neftin qiymətləri hal-hazırda 80,59 dollar civarında ticarət edilir, WTI markalı neftin qiymətləri isə 77,28 dollar səviyyəsində sabitdir.
Qızıl bazarında isə Goldman Sachs, qızılın üzərinə 10%-lik vergi tətbiq olunma ehtimalını 10% olaraq qiymətləndirir. Bank, qızılın maliyyə aktiv olaraq statusunun onu geniş vergi tətbiqlərindən istisna edə biləcəyini vurğulayıb. Hal-hazırda spot qızıl qiymətləri 2,704 dollar səviyyəsində ticarət olunarkən, qızıl fyuçersləri isə 2,746 dollar civarında sabit qalıb.
Bu qiymətləndirmələr, ABŞ-ın yeni ticarət siyasətinin dünya bazarlarına təsirini daha da gücləndirə bilər.