Finss.az - Yanvarın 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.16% azalaraq 43,153.13 bəndə, SP 500 indeksi 0.21% azalaraq 5,937.34 bəndə, Nasdaq indeksi isə 0.89% azalaraq 19,044.39 bəndə geriləyib.
Avropa fond bazarlarında isə artım müşahidə olunub. FTSE 100 indeksi 1.09% artaraq 8,391.90 bəndə, Fransanın CAC-40 indeksi 2.14% artaraq 7,634.74 bəndə, Almaniyanın DAX indeksi isə 0.39% artaraq 20,655.39 bəndə yüksəlib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0294 dollar olub.