Finss.az - 15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Qeyd olunan səhmlərin yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001025464 |
Səhmin növü və forması |
Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı |
6,050 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
605,000 manat |
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
Anderrayter |
“Unicapital İnvestisiya Şirkəti” ASC |