BİRJA

16 Yanvar

“EMBAFİNANS” QSC-nin istiqrazlarının hərracı 17.01.2025-ci il tarixində baş tutacaq

Finss.az - EMBAFİNANS" QSC-nin istiqrazları üzrə hərrac 17.01.2025-ci il tarixində keçiriləcək.

Məlumat üçün bildirik ki, 13 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“EMBAFİNANS” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2013020600

İstiqraqzların növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Birqiymətli

İstiqrazların sayı

2000 (ədəd)

İlkin ticarət qiyməti

1000 AZN

Buraxılış həcmi

2,000,000 AZN

İllik gəlirlilik faizi

12.5%

Ödəmə periodu

Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti

1 il

Ticarətə buraxılma tarixi

17.01.2025

Anderrayter

“Unicapital İ.Ş.” ASC